Logotype

1933-cü ildən çıxır

Xəbərlər

23.04.2023

Qadın həmkarlarımız yenə xidmətdədir

Aprelin 28-30 tarixlərində keçiriləcək 7-ci “Formula 1” Azərbaycan Qran – Prisində təhlükəsizliyin təmin edilməsinə, həmişə olduğu kimi, qadın polis əməkdaşları da cəlb edilib. Bununla bağlı Bakı şəhər BPİ-də qarnizon üzrə qrupun sıra baxışı keçirilib.

Baş İdarənin İctimai Təhlükəsizlik İdarəsindən qəzetimizə bildirilib ki, paytaxtın polis idarələrindən xidmətə seçilmiş qadın əməkdaşların təmin olunduqları yeni geyimlərə baxış keçirməklə yanaşı, yarışdan qabaq təlimatlandırılıblar. Eləcə də postlara təhkim olunanların xidmət yerləri, gecə və gündüz olmaqla növbəlilik prinsipilə əməkdaşlar arasında iş bölgüsü aparılıb.

Əsasən nəzarət buraxılış-postlarında xidmət edən qadın həmkarlarımızın əvvəlki beynəlxalq əhəmiyyətli kütləvi idman tədbirlərindən zəngin təcrübələri var. Onlarla bərabər yeni əməkdaşlar da aprelin 26-dan etibarən xidmətə başlayıblar.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər