Logotype

1933-cü ildən çıxır

Xəbərlər

20.04.2023

Ötən üç ayda... Nəticələr qənaətbəxş, vətəndaşlar da razıdır...

Paytaxtımızda ən çox istifadə edilən nəqliyyat vasitələrindən biri də metrodur. Statistik göstəricilərə görə gün ərzində 600-700 min insan metrodan istifadə edir. Yerin üstündə olduğu kimi, yerin altında da vətəndaşların təhlükəsizliyini təmin etmək, habelə itirilmiş və ya unudulmuş əşyaların tapılaraq sahiblərinə qaytarılması olduqca vacib və önəmli məsələ olduğundan Metropolitendə Polis İdarəsinin əməkdaşları vəzifələrini layiqincə yerinə yetirir, hər hansı problemlə bağlı müraciət edənləri dinləyib həllində yardımçı olurlar.

Elə bu günlərdə Metropolitendə Polis İdarəsinə “28 May” stansiyasından üzü “Gənclik” stansiyasına doğru hərəkətdə olarkən naməlum şəraitdə cüzdanını itirməsi ilə bağlı müraciət edən Səməd Səmədzadə polisdən kömək istəyib. Adıçəkilən stansiyalarda xidmət aparan əməkdaşlara bu barədə məlumat verilib. Qısa zaman kəsiyində vətəndaş S.Səmədzadəyə məxsus cüzdan tapılaraq rəhbərliyə məruzə edilib.

Vətəndaş İdarəyə dəvət olunub və cüzdanı ona qaytarılıb. O, asayiş keşikçilərinə minnətdarlığını ifadə edib.
Yeri gəlmişkən, cari ilin yanvar ayının 1-dən aprelin 13-dək İdarə əməkdaşları tərəfindən tapılmış 129 sahibsiz əmlakın, pulun, eləcə də qiymətli əşyaların və sənədlərin əksəriyyətinin sahibi müəyyənləşdirilərək təhvil verilib.

Ə.Teymur

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər