Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.04.2023

Problem həllini tapdı

Yollarda təhlükəsizliyin təmin olunmasında, tıxacların aradan qaldırılmasında, eləcə də sürücülərin rahat, maneəsiz və sağ-salamat mənzil başına çatmasında Dövlət Yol Polisi əməkdaşlarının əməyi danılmazdır.

Həmkarlarımız aidiyyəti qurumlarla birgə nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətinə maneə yaradan halların - qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısını alır, izahat işləri aparır, reydlər keçirərək həmin pozuntuları törədənlər barəsində müvafiq tədbirlər görürlər. Görülən işləri təqdirəlayiq hesab edənlər DİN rəhbərliyinə təşəkkür məktubları ünvanlayıb, minnətdarlıqlarını ifadə edirlər.

Bakı şəhər sakini Vüsal Talıbovun təşəkkür məktubu da bu qəbildəndir. O, bir müddət öncə yaşadığı Kürdəxanı qəsəbə sakinləri adından Sabunçu RPİ Dövlət Yol Polisi Şöbəsinə müraciət ünvanlayaraq hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qəsəbə ərazisində daha bir neçə radarın quraşdırılmasını xahiş edib.

Müraciətə dərhal reaksiya verildiyini deyən DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Hafiz Məmmədov bu məqsədlə V.Talıbovun qeyd etdiyi əraziyə baxış keçirildiyini və sözügedən qəsəbədə daha təhlükəli ərazilər hesab olunan yerlərdə əlavə 3 radarın quraşdırıldığını diqqətimizə çatdırdı.

Ümumiyyətlə, bu kimi müraciətlərin həm də vətəndaş-polis münasibətlərinə töhfə verdiyini bildirən digər müsahibimiz-DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Elmar Əbilov istənilən müraciətə anında reaksiya verildiyini, səlahiyyətləri daxilində olanların dərhal, operativ şəkildə icra olunduğunu qeyd etdi. O, təhkim olunmuş inzibati ərazidə piyadaların təhlükəsizliyi istiqamətində, eləcə də kobud qayda pozuntularına yol verən sürücülər barəsində bütün zəruri tədbirlərin həyata keçirildiyini də vurğuladı.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər