Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.04.2023

Əlahiddə Çevik Polis Alayında ulu öndərin xatirəsi anılıb

Aprelin 19-da Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Əlahiddə Çevik Polis Alayının komandiri, polis polkovniki Ramil Piriyev ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsindəki əvəzsiz rolundan danışıb, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən ulu öndər dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq tariximizdə əbədiyaşarlıq qazanıb.

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, professor Ədalət Qasımov bildirib ki, ulu öndərin əsasını qoyduğu iqtisadi inkişaf strategiyası ilə ölkəmiz firavan gələcəyə qədəm qoydu, həyata keçirilən iqtisadi tədbirlər Azərbaycana beynəlxalq aləmdə etibar qazandırdı. Məqsədyönlü siyasət əksər iri beynəlxalq şirkətlərin, xarici investorların diqqətini ölkəmizə yönəltdi. Ulu öndərin gərgin əməyinin və möhkəm iradəsinin bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın bir müstəqil dövlət kimi beynəlxalq arenadakı mövqeyini möhkəmləndirdi.
Tədbirin sonunda “Heydər Əliyev və 44 günlük Zəfər yolu” adlı sənədli film nümayiş olunub.

Natiq Cavadov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər