Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.04.2023

Azərbaycan deyiləndə onu xatırlayırıq

Beyləqan Rayon İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Beyləqan Regional Mühafizə Şöbəsinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən, ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan DİN Baş Mühafizə İdarəsinin Beyləqan Regional Mühafizə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşən Qayıbov müstəqil Azərbaycanın ümummilli liderin şah əsəri olduğunu qeyd edib.

O, ulu öndərin yenidən xalqın tələbi ilə ali hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə baş verən siyasi xaosa son qoyulduğunu, cinayətkar ünsürlərlə qətiyyətli mübarizə aparıldığını, ictimai-siyasi sabitliyin təmin edildiyini, ən ümdəsi, ordu quruculuğu istiqamətində çox mühüm addımların atıldığını diqqətə çatdırıb.

Əldə etdiyimiz bütün uğurların təməlində həm də ulu öndərin azərbaycançılıq ideologiyasının dayandığını deyən Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttinin bu gün bizi yeni-yeni qələbələrə ruhlandırdığını vurğulayıb.

Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, YAP Beyləqan rayon təşkilatının nümayəndəsi Niyaməddin Əsgərov, Araz qəsəbə tam orta məktəbin tarix müəllimi Zaur Qədirov Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanı dünyanın inkişaf etmiş və güclü ölkələr sırasına çıxaran ideyalarından, bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hər an hazır olan sağlam, savadlı, vətənpərvər Azərbaycan gəncliyinin yetişməsində onun misilsiz xidmətlərindən bəhs ediblər.
Sonda Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər