Logotype

1933-cü ildən çıxır

Xəbərlər

06.04.2023

Şəhid övladını sevindirdilər

Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər Daxili İşlər Nazirliyində də sistemli və ardıcıl xarakter daşıyır.

Vətən müharibəsi zamanı torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət, qayğı ilə yanaşılır.
Bir müddət əvvəl Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ceyhun Abbasovun ailə üzvləri Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək şəhidimizin gələcəkdə polis olmaq arzusunda olan övladı Ərtoğrulun ad gününü polislərlə bərabər qeyd etmək istədiyini bildiriblər. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Ərtoğrul və dostları üçün ad günü əyləncəsi təşkil olunub. Şəhid övladının sevincinə şərik olan həmkarlarımızın bu nəcib addımı qəhrəmanımızın yadigarının və ailə üzvlərinin ürəyincə olub. Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Eşqin Qasımov,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər