Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

05.04.2023

Vətənə xidmətdə keçən ömür

Sumqayıt ŞPİ-nin Kadr və peşə hazırlığı qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Aygün Əliyeva xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə yola salınıb.

Həmkarımız ömrünün düz 30 ilini Vətənə, xalqa xidmətə həsr edib. Onun daxili işlər orqanlarına gəlişi isə heç də təsadüfi olmayıb.
1992-ci ilin oktyabrın 20-də Qubadlının müdafiəsi uğrunda gedən döyüşlərdə ömür gün yoldaşını, Azərbaycanın Milli Qəhrəmanı, polis baş serjantı Vasiliy Əliyevi itirdikdən sonra o 1993-cü ildə daxili işlər orqanlarında xidmətə qəbul olunub.

Yolasalma mərasimində Sumqayıt ŞPİ-nin rəisi, polis polkovniki Fəqan Azadəliyev Aygün xanımın şəhid həyat yoldaşının yarım qalmış xidmətini layiqincə davam etdirdiyini, həmçinin layiqli övladlar böyütdüyünü qeyd edib. İdarə rəisi, Milli Qəhrəmanın övladları Sumqayıt ŞPİ-nin xidmətetmə personalının sürücüsü, polis baş serjantı Elmir Əliyevin, Sumqayıt ŞPİ-nin katibliyinin operatoru Zülfiyyə Əliyevanın valideynlərinin yolunu uğurla davam etdirəcəklərinə, bundan sonra Vətənə, xalqa sədaqətlə xidmət etmələri ilə həmkarlarına nümunə olacaqlarına inandığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.

R.Vəliyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər