Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.04.2023

Görürlər, qiymətləndirirlər...

"Xəzər" TV-nin və "Baku TV"-nin əməkdaşı jurnalist Nizami Rəsulovun bir neçə gün öncə Feysbuk səhifəsində paylaşdığı video və yazdığı şərh diqqətimizi çəkdi. Bölüşməyi özümüzə borc bildik. Bu, həm də həmkarlarımıza, Sumqayıt ŞPİ-nin əməkdaşlarının nəcib addımına sayğının, ehtiramın təcəssümüdür.

"Bu gün şahidi olduğum mənzərədən çox duyğulandım desəm...

Sumqayıtda Əşya bazarı adlanan ərazidə bir azyaşlı çiynində çantası ilə 10 nömrəli marşrutun arxasınca qaçırdı ki, avtobusa minib gedəcəyi ünvana tez çatsın. Avtovağzalın yaxınlığından təqribən 500 metr qaçdı. Sürücü ya onu görmürdü, ya da dayanacaq deyildi deyə avtobusu saxlamırdı. Bu an ərazidə xidmət aparan Sumqayıt Şəhər Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşları yağışlı havada təngnəfəs olan həmin uşağı yoldan götürərək avtobusa çatdırdılar. İnanın, gözlərim doldu. Düzü, həmin PPX-nin əməkdaşlarını tanımıram.

Amma çox təşəkkür edirəm."

Geriyə Çap et


Faydalı keçidlər
Linklər