01.04.2023
Kursantlar yarışıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı silsilə tədbirlərin davamı olaraq Polis Akademiyasında ulu öndər Heydər Əliyevin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsi məqsədilə martın 29-da «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda bilik yarışı keçirilib.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, polis general-mayoru Canpolad Daanov yarışın keçirilməsinin əhəmiyyətindən danışıb, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsinə və təbliğinin vacibliyinə xüsusi diqqət çəkib.
Qeyd olunub ki, gənclərin ulu öndərin tariximizdə yeri və rolu haqqında bilmələri çox vacibdir. Çünki bu gün ölkəmizdə hüquq quruculuğu, normativ-hüquqi bazanın yaradılması, əmin-amanlığın bərqərar olması məhz o dahi şəxsiyyətin adı ilə bağlıdır.
Üç mərhələdə keçirilən yarışda iştirakçılara 8 sual ünvanlanıb, sualların cavabları komandaların kapitanları tərəfindən yazılı şəkildə köməkçilər vasitəsi ilə münsiflər heyətinə təqdim olunub.
Akademiyanın əyani fakültəsində təhsil alan I, III və IV kursların komandaları arasında gərgin keçən mübarizədə IV kursun I birləşməsi 1-ci yeri əldə edib. Digər komandaların eyni bal toplaması səbəbilə əlavə suallar səsləndirilib. Nəticələrə əsasən I kursun I birləşməsi 2-ci , III kursun II birləşməsi 3-cü yerə layiq görülüb.
Sonda Akademiya rəisinin 1-ci müavini, polis polkovniki Vüqar Mansurov qalib komandaları təbrik edib, onlara təlimdə və tədrisdə uğurlar arzulayıb.
Ruhiyyə Əliyeva,
polis kapitanı