Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.03.2023

Həmkarlarımız şəhid ailələrini ziyarət edib

Azərbaycan Polisi Novruz bayramı ərəfəsində ənənəsinə sadiq qalaraq paytaxtda və bölgələrdə qazilərə, müharibə veteranlarına, aztəminatlı, o cümlədən şəhid ailələrinə baş çəkib.

Xızı rayonunda bu kateqoriyadan olan ailələri ziyarət edən RPŞ-nin əməkdaşları bayram münasibətilə xoş arzularını çatdırıb, sovqatları təqdim ediblər. Bildirilib ki, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhid olmuş DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, baş əsgər Kamran Fərəcovun ailəsinə baş çəkib, bayram sovqatını təqdim ediblər.
Asayiş keşikçiləri şəhidin valideynləri ilə həmsöhbət olub, onun keçdiyi şərəfli döyüş yolunu xatırlayıblar.

Novruz bayramı ərəfəsində Biləsuvar, Cəlilabad rayonundakı şəhid ailələrinin üzvləri, Yardımlıda isə aztəminatlı ailələr də diqqətdən kənarda qalmayıb. Rayon Polis şöbələrinin əməkdaşları Vətən müharibəsində şəhid olmuş DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları-Elvin Məmmədovun, Ruslan Qurbanovun, Asif Talıblının, Orxan Mirzəyevin, Fərid Hüseynovun, Mirsəfa Mirəşrəfbəylinin, Elnur Bağırovun və Ayaz Abasovun ailələrini ziyarət ediblər.

Göyçay RPŞ-nin əməkdaşları da bu nəcib təşəbbüsə qoşulublar. Şəhidlərimizin ailə üzvlərini, övladlarını təbrik edən həmkarlarımız onları təbrik edib, maddi və mənəvi dəstək göstəriblər. Ümumilikdə RPŞ əməkdaşları tərəfindən 70 ailə ziyarət olunub.

Şəhid ailə üzvləri onlara göstərilən diqqətə və qayğıya görə ölkə, eləcə də DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, anoloji görüşlər digər rayonlarda da keçirilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər