Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.03.2023

Heydər Əliyev Muzeyinə ekskursiya

Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin əməkdaşları Polis Akademiyasında Heydər Əliyev Muzeyini ziyarət ediblər.
2023-cü ilin “Ümummilli lider Heydər Əliyev İli” olması münasibəti ilə təşkil edilən ekskursiya İdarənin rəis müavini, polis polkovnik-leytenantı Emil Quliyev, bölük komandiri, polis kapitanı Kamil Zeynalov, taqım komandiri, polis kapitanı Elmar Məmmədov və baş inspektor, polis baş leytenantı İsmayıl Abdullayevin rəhbərliyi ilə gerçəkləşib.

İdarənin əməkdaşları muzeydə zəngin fond materiallarına, sənədlər və eksponatlara, ulu öndərin mənalı həyatını, uşaqlıq və gənclik illərini, xalqımızın rifahı naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən stendlərə baxıblar.

Ulu öndərin ailəsi və yaxınlarının fotoşəkilləri ilə tanışlıqdan sonra onun iş fəaliyyəti, habelə çalışdığı vəzifələr barədə məlumat verilib.
Qeyd edilib ki, dahi şəxsiyyət muzeylərə sığmayan zəngin ömür yolunu, ölkəyə rəhbərlik etdiyi illərini həm də daxili işlər orqanlarının peşəkar quruma çevrilməsinə, ölkədə ictmai asayişin və təhlükəsizliyin qorunması, qanunvericiliyin təkmilləşdirilməsi işinə həsr etmişdi. Ulu öndər Heydər Əliyevin polad iradəsi, qanunsuz əməllərə qarşı barışmazlığı dövlət əleyhinə yönələn hər cür cinayətkar qəsdlərin qarşısına səd çəkirdi və o, bu taleyüklü məsələdə məhz Azərbaycan Polisinə arxalanırdı.
Həmkarlarımız muzeydən zəngin təəssüratla ayrılıblar.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər