Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.03.2023

Daxili işlər orqanlarinin və daxili qoşunlarin şəxsi heyətinə

Hörmətli həmkarlar!

Novruz bayramı münasibətilə sizi, veteranlarımızı, şəhid olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu dövlət siyasəti sayəsində xalqımız bu baharı da yüksək ovqatla, qalib və məğrur ruhda qarşılayır, yurdumuzun hər bir yerində parlaq Qələbənin böyük qüruru yaşanır. İşğaldan azad edilmiş şəhər və rayonlarımızın qısa müddətdə dirçəldilməsi üçün aparılan quruculuq işləri vətəndaşlarımızın bayram sevinclərini daha da artırır.

Ölkəmizin dinamik inkişafı üçün başlıca şərt olan əmin-amanlıq, o cümlədən Qarabağ iqtisadi zonasında asayiş və təhlükəsizlik qətiyyətlə qorunub saxlanılır, insanların dinc həyatı, hüquq və azadlıqları etibarlı təmin olunur. Əməkdaşlarımızın və hərbi qulluqçularımızın göstərdiyi əzm, xalqa və dövlətə sədaqətli xidmət möhtərəm Prezident tərəfindən yüksək qiymətləndirilir.
Əminəm ki, öz andına həmişə sadiq olan şəxsi heyətimiz vətəndaşlarımızın qanuni mənafelərinin hüquqazidd əməllərdən müdafiəsi kimi mühüm vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəkdir.
Hamınıza möhkəm cansağlığı, səadət, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram.

Novruz bayramınız mübarək!

Vilayət Eyvazov,
Azərbaycan Respublikasının
daxili işlər naziri,
general-polkovnik

Geriyə Çap et


Faydalı keçidlər
Linklər