Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.02.2023

Məharətini göstər, dərəcəni al

Bu il də daxili işlər orqanları əməkdaşlarına məharət dərəcələrinin verilməsi üçün Əlahiddə Çevik Polis Alayında imtahanlara start verilib.

Qeyd edək ki, əməkdaşların qarşıya qoyulmuş vəzifələri yerinə yetirmələri ilə bağlı hazırlıqları ilboyu davamlı olaraq yoxlanılır. Belə ki, hər ilin yekununda onların xidməti, döyüş və fiziki hazırlıq səviyyələri qiymətləndirilir. Yaxşı və əla qiymət alanlar məharət dərəcəsi imtahanına buraxılırlar. Peşəkarlıq səviyyəsinə görə müəyyən olunan “ikinci”, “birinci” və “usta” məharət dərəcəsi əməkdaşların daim öz üzərlərində işləmələrinə, bilik və bacarıqlarını artırmalarına stimul yaradır, həm də digərlərindən fərqləndirir.

Keçirilən imtahanlarda ilk olaraq əməkdaşların xidməti hazırlığı test üsulu ilə yoxlanılır. Tərtib olunun 40 sualdan 20-si hər xidmət sahəsinin özünə aid olsa da, qalan suallar isə ümumi biliklərin öyrənilməsinə yönəlir. Əməkdaşların nəticələri kompüterdə avtomatik olaraq qiymətləndirilir ki, bununla da imtahanın tam şəffaf, obyektiv keçirilməsi təmin olunur.

Test imtahanından uğur qazananların fiziki göstəriciləri də tələblərə cavab verməlidir. Turnikdə dartınmaqla, 100 və 1000 metr məsafəyə qaçmaqla normativləri yerinə yetirənlər əlbəyaxa döyüş üzrə imtahandan da keçməklə daha hazırlıqlı olmalarını nümayiş etdirmək imkanı qazanırlar.

Ruhiyyə Əliyeva,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər