Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.02.2023

Gəncləri qorumaq gələcəyi qorumaqdır

Şirvan şəhəri 21 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəhbərliyi, Şirvan şəhər prokuroru, şəhər ərazisində yerləşən 6 məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə çıxış edən Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Füzuli Əhmədov və digərləri dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan danışıb. Şöbə rəisi qeyd edib ki, şəhər polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbiləri keçirməklə yanaşı, davamlı olaraq aparılan maarifləndirmə işi ilə gəncləri “ağ ölüm” bəlasından qorumağa çalışır.

Çıxış edən digər natiqlər də narkotik vasitələrin fəsadlarından söz açaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar.
Bildirilib ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli tədbirlər görülür, bu cinayət əməli ilə məşğul olan hər bir şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilir. Tövsiyə edilib ki, xüsusən gənclər belə hallardan uzaq durmalı, gələcəyin peşəkar kadrları kimi yetişmək üçün bütün bilik və bacarıqlarını təhsilə yönəltməlidir.

Narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsinin zəruriliyi izah edilib, birgə səylərin müsbət nəticə verəcəyinə əminlik ifadə olunub.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib.

Nizam Həmidov,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər