Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.02.2023

Sözümüz gənclərədir

Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviqlə bağlı rayon, o cümlədən kənd orta məktəblərində yuxarı sinif şagirdləri ilə görüşlər davam etdirilir.
Növbəti belə silsilə görüşlər Qusar rayonunda baş tutub.
Tədbirlər fevralın 13-15 tarixlərində Gədəzeyxur, Bala Qusar, Gündüz Qala, Ənix, Xuray, Çiləgir kənd məktəblərini, eləcə də rayon mərkəzindəki 6 və 1 nömrəli təhsil müəssisələrini əhatə edib.

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı və aidiyyəti əməkdaşlarının iştirakı ilə keçirilən görüşlərdə ali təhsil almaq arzusunda olan məktəblilərə DİN-in Polis Akademiyasına qəbul qaydaları barədə ətraflı məlumat verilib. Həmkarlarımız qocaman təhsil ocağında tədris üçün yaradılan müasir şəraitdən, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq meydançaları, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə yaradılan imkanlardan bəhs ediblər.

Analoji tədbirlər Gəncə Şəhər Baş Polis İdarəsinin təşkilatçılığı ilə şəhərin bütün orta məktəblərində keçirilib.
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişafı Strategiyası”-
ndan irəli gələn məsələlər barədə danışan polis əməkdaşları gənclərin yüksək səviyyədə təhsil almaları üçün Polis Akademiyasının əlverişli imkanlar açdığını diqqətə çatdırıblar. Ali təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığı vurğulanıb, abituriyetlərin seçim mərhələsində bu amili nəzərə alacaqlarına əminlik ifadə olunub.
Sonda şagirdlərin Akademiya ilə bağlı sualları cavablandırılıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər