Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

09.02.2023

Qardaşın harayına qardaş tələsdi

Özünü hər zaman darda olanın, köməyə ehtiyac duyanın yardımına çatdıran Türkiyə bu günlərdə baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq, yaralarını sarımaq üçün dünyadan yardım istədi.
Türkiyənin imdadına yenə ilk olaraq Azərbaycan özünü çatdırdı.

Qardaş ölkənin daxili işlər naziri Süleyman Soylu hələ 4-cü dərəcəli həyəcan təbilinin elan edildiyini bəyan etməzdən əvvəl, dövlətimizin başçısı İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğana öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa dilədi. Bunun ardınca Prezidentin göstərişi ilə 370 nəfərlik azərbaycanlı xilasedicinin yola düşdüyü xəbəri yayıldı, daha sonra ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarəmiz havalandı.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri dağıntılar altında qalmış şəxslərin çıxarılması və nəticələrin aradan qaldırılması üçün bu gün də səylə çalışır.

Bir millətin iki dövləti arasında olan münasibətlər dəfələrlə dünyaya nümayiş etdirib ki, əsl dostluq, əsl qardaşlıq çağırılmadan köməyə getməkdir. Azərbaycan və Türkiyə bu mənada beynəlxalq diplomatiyaya çoxdan yeni məzmun gətirib, yeni çalar qatıb.

Türkiyənin həyəcan təbilinə bir çox ölkədən dəstəyin gəlməsi, xüsusən soyuq münasibətdə olduğu dövlətlərin belə çağırışa dərhal reaksiya verməsi isə, hər nə qədər kədərin insanlığı birləşdirməsi kimi görünsə də, türkün yanında olmaq baxımından siyasi mənası daha qabarıqdır.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər