Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.02.2023

Həmkarlarımız da yardıma qoşulub

Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə Babək prospektinə, qardaş ölkə üçün yardımların toplandığı ünvana gedənləri qardaşlıq duyğusu birləşdirib.

Bu həmrəyliyin gücünü sonuncu dəfə biz Vətən müharibəsində yumruq kimi birləşəndə görmüşdük, dünyaya da göstərmişdik. Bu günlərdə isə Türkiyədə dağıntılar altında qalan körpələrin, soyuq-şaxtalı qış günlərində isti ocaqlarından olan ailələrin köməyinə çatmağa can atırıq hamılıqla.

Əsl Çanakkala ruhu var Bakıda. Yardım kampaniyasına polis əməkdaşları da qoşulub. Yardımların toplandığı ərazidə Bakı şəhər BPİ DYPİ-nin, Xətai RPİ-nin əməkdaşları həm ictimai və yol hərəkəti təhlükəsizliyini qoruyub, həm də zəlzələdən zərərçəkənlərə ehtiyac duyulan zəruri əşyalar gətiriblər.

Əlahiddə Çevik Polis Alayının 5-ci Patrul Bölüyünün əməkdaşları da təbii fəlakətlə üzləşənlərə kömək məqsədilə keçirilən kampaniyaya könüllü qoşulublar. Həmkarlarımız qış paltarları, o cümlədən yataq, yorğan, döşək, təmizlik alətləri toplayaraq qablaşdırıb, yardımların toplandığı ünvana çatdırıblar.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər