Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.02.2023

Xalqın tarixini bilməyən insan, Özünü tanımaz, sözünü bilməz...

İki aya yaxındır ki, qəzetimizdə “Mükafatlı sual” rubrikası ilə oxucularımızı, həmkarlarımızı sınağa çəkirik. Bu rubrika elə ilk gündən diqqət çəkib, marağa səbəb olub. Sualı ilk və düzgün cavablandırana hədiyyəmiz pul, zər-ziba deyil, kitabdır.

Ötən nömrəmizdəki sualın da artıq cavabı tapılıb. Binəqədi Rayon Polis İdarəsində əməliyyat müvəkkili, polis leytenantı Muxtar Həsənov hamını qabaqlayıb.

Ancaq etiraf etməliyik ki, sualı düzgün cavablandıran oxucularımız arasında Telman adlı həmkarımızın tarixi faktlara istinadı, eləcə də fikrini daha dolğun izah etməsi diqqətimizi çəkdi. Zəng vurduq, danışdıq, Türkiyənin Azərbaycandakı Səfirliyinin mühafizə postunda görüşdük. Tariximizlə qürur duyan, onu öyrənən və öyrədən əməkdaşlarla bir sırada addımlamağın sevincini yaşadıq o gün. Telmanla Cümhuriyyət tariximiz, hətta qədim Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bağlı fikir mübadiləsi apardıq. Doğrusu, arabir bir-birimizlə razılaşmadığımız məqamlar da oldu...

Polis serjantı Telman Vəliyev Zəngəzurda-Qafanda doğulub. Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunda polis nəfəri vəzifəsində 19-cu ildir ki, xidmət edir. Onun ali təhsili olmasa da dünya və Azərbaycan tarixinə aid bilgiləri kifayət qədər genişdir. Tarixə, mütaliəyə marağına gəlincə, atası Kalam kişinin tarix müəllimi olması təbii ki, Telmanın bu sahədəki biliyinin, dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Ömrünü Vətənə, dövlətə və dövlətçiliyə xidmətə həsr edən həmkarımız bu gün də davamlı olaraq asudə vaxtlarında mütaliə etdiyini bildirir. İş yoldaşlarına da boş vaxtlarında kitab oxumağı məsləhət görür. Deyir ki, mütaliə insanı zənginləşdirir, ruhunu sakitləşdirir, bir sözlə, kitab oxumaq insan üçün mənəvi qidadır.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər