27.01.2023
Beynəlxalq müsabiqədə üçüncü oldu
Elmi tədqiqatların nəticələrinin yayılması, həmçinin xarici dövlətlərin elm və təhsil müəssisələrinin müəlliflər kollektivləri arasında elmi-yaradıcılıq əlaqələrinin inkişafı məqsədilə hər il Rusiya Federasiyası DİN-in İdarəetmə Akademiyası tərəfindən “Elmi kitab” adlı beynəlxalq müsabiqə keçirilir.
Sözügedən müsabiqədə bu il ölkəmizi DİN-in Polis Akademiyasının DİO-nun inzibati fəaliyyəti kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki Şahin Şükürov təmsil edib. Ekspert komissiyasının qərarına əsasən həmkarımızın “Terrorçuluqla mübarizədə hüquqi əsaslar” adlı analitik materialı Milli Təhlükəsizlik nominasiyası üzrə üçüncü yerə layiq görülüb.