Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.01.2023

Unudulmayan ad günü...

Abşeron RPİ Mehdiabad Polis Bölməsinin əməkdaşları sığınacağa yerləşdirdikləri uşağın doğum gününü qeyd ediblər. “Təmiz Dünya” İctimai Birliyinin sığınacağına dekabrın 31-də 10 yaşlı bacısı ilə birlikdə yerləşdirilən Mərziyənin 7 yaşı tamam olub.

Məlumat üçün qeyd edək ki, bacılar səhhətində ciddi problem yaranmış analarının xəstəxanaya yerləşdirilməsindən sonra içki alüdəçisi olan atalarının, yaşlı babalarının yanında qalmağa məcbur olublar. Uşaqların baxımsız, sosial vəziyyətlərinin çətin olması barədə qonşular məlumat verib və polis əməkdaşlarının iştirakı ilə onların yaşayış şəraitinə baxış keçirilib. Rayon İcra Hakimiyyətinin müvafiq komissiyasının azyaşlıların sığınacağa yerləşdirilməsi barədə qərarından sonra isə Polis Bölməsinin inspektoru, polis leytenantı Müseyib Şərifli və sahə rəisi, polis kapitanı Tural Nağıyev bacıları bayram günü sığınacağa təhvil veriblər.

Yanvarın 11-də Mərziyənin doğum günü olduğunu unutmayan polis əməkdaşları sığınacağa gedib tort kəsib, ona yaddaqalan ad günü mərasimi təşkil ediblər. Kiçik bacısının sevincini görən böyük bacının ağlaması duyğulu anlar da yaşadıb.

Həmkarlarımız deyir: "Biz uşaqları evlərindən götürüb sığınacağa aparanda hamı bayram edirdi, yəqin həmin vaxt onların həmyaşıdları da valideynləri ilə süfrə başına yığışmışdılar. İstədik ki, Mərziyənin heç olmasa doğum günü fərqli olsun, onu unutmadığımızı, unutmayacağımızı bilsin".

R.Mehtiyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər