Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.01.2023

Onların bizə ehtiyacı var

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində DİN İdman Cəmiyyətinin kollektivi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində olublar.
İnternat sakinlərini əlamətdar günlər münasibətilə təbrik edən DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxətdinova ölkəmizdə uşaqlara göstərilən qayğıdan söhbət açıb və bu tipli məktəblərdə böyüyən, təhsil alan şagirdlərin dövlətin, eləcə də Heydər Əliyev Fondunun xüsusu diqqətində olduğunu deyib.
Olimpiya çempionu onlara gələcəkdə uğur qazanmaq, karyeralarını inkişaf etdirmək və dövlətimizi dünyada təmsil etmək üçün idmanla məşğul olmalarını, dərslərini yaxşı oxumalarını tövsiyə edib.
İnternat məktəbinin rəhbərliyi və kollektivi ata-ana nəvazişinə hər zaman ehtiyacı olan körpələrə bayram süfrəsi təşkil etdiklərinə, onları hədiyyələrlə sevindirdiklərinə görə həmkarlarımıza minnətdarlıqlarını bildiriblər.

Ruhiyyə Əliyeva,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər