Logotype

1933-cü ildən çıxır

Xəbərlər

28.12.2022

Həmkarımız ilin idmançısı seçilib

Dekabrın 21-dən 23-dək Ağır Atletika Akademiyasında Azərbaycan kuboku uğrunda yarış keçirilib. Ən güclü atletlərin təmsil olunduğu turnirdə Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis baş leytenantı Dadaş Dadaşbəyli də qüvvəsini sınayıb.

O, 109 kiloqram çəki dərəcəsində rəqiblərini geridə qoyaraq Azərbaycan kubokunun sahibi olub. Birdən qaldırma növündə 165, təkanla qaldırmada 195 kiloqram qaldırmaqla normativləri yerinə yetirən D.Dadaşbəyli ümumilikdə aktivinə 393.93 xal yazdırıb. O, göstərdiyi nəticəyə görə həm də ilin ən yaxşı idmançısı adına layiq görülüb.

Qalib həmkarımız münsiflər tərəfindən medal, diplom və kubokla mükafatlandırılıb.
Qeyd edək ki, çempionumuz 2019-cu ilin dekabrından daxili işlər orqanlarında xidmətdədir.

T.Əlizadə

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər