Logotype

1933-cü ildən çıxır

Xəbərlər

25.12.2022

Polis övladlarının bayramı

DİN Maddi-Texniki Təminat Baş İdarəsinin 2 saylı uşaq bağçasının kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik keçirib.

Valideynlərin də iştirak etdiyi tədbirdə çıxış edən bağça müdiri Sevinc Məmmədəliyeva hər iki əlamətdar gün münasibəti ilə uşaqları təbrik edib. O, müəssisədə tərbiyə alan polis övladlarını əsl vətəndaş kimi yetişdirməyə çalışdıqlarını, bunun üçün onlara ölkəmizin və xalqımızın bütövlüyü naminə canından keçmiş şəhidlərin qəhrəmanlıqlarından bəhs edildiyini, vətənpərvər ruhda tərbiyə aldıqlarını diqqətə çatdırıb.

Daha sonra şənliyə uşaq dünyasının sevimli personajları Şaxta baba və Qar qız dəvət olunub.

Uşaqların sevinclə qarşıladıqları personajlar rəngarəng işıqlarla bəzədilmiş küknar ağacının ətrafında əyləncəli oyunlar təşkil ediblər. Şeirlər və mahnılar oxuyub, rəqs edən körpələrin hazırladıqları müxtəlif səhnəciklər mərasimə xüsusi rəng qatıb və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda azyaşlılara bayram sovqatları verilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər