Logotype

1933-cü ildən çıxır

Xəbərlər

02.12.2022

İrəvanın keçmişi, bu günü Polislərin də oxumalı olduğu kitab

Tariximiz dərs götürüləcək hadisələrlə doludur. Hətta yaxın illərdə elə faciələrlə rastlaşmışıq ki, nəticələrin aradan qaldırılmasında, həmin taleyüklü anlarda ilk mübarizəyə qalxıb Vətən uğrunda canından keçən, özlərini cinayətkar qəsdlərə sipər edənlər polislər oldu. Bəlkə də elə buna görə tarix kitablarını hər kəsdən artıq məhz polis əməkdaşı oxumalıdır...

Bu yaxınlarda Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunmuş “İrəvan necə varsa: keçmişdən bu günə” kitabı da keçmişə dönüb, olanlara nəzər salmaq və yaddaşımıza həkk etmək, o yanlışlıqların təkrar olmasını durdura bilmək üçün bilim adamlarımızın, sözün əsl mənasında, min bir əziyyət və zəhmətlə ərsəyə gətirdikləri bir vəsaitdir.

Kitabda ilk dəfə olaraq Azərbaycanın tarixi İrəvan şəhəri kompleks şəkildə təd-
qiq olunub. Bütün problemlərin Qərbi Azərbaycan tarixi və onun həyatının bütün sahələrinə dair materiallar kontekstində nəzərdən keçirilməsi oxucular üçün kitabın əhəmiyyətini daha da artırır.

Nəşrin birinci fəsli İrəvan şəhərinin coğrafiyası və tarixinin əsas dövrlərindən bəhs edir. İkinci fəsildə ermənilərin və Ermənistan dövlətinin İrəvanın azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti, üçüncü fəsildə İrəvan şəhəri və ümumən Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) toponimiyası və epiqrafik abidələri araşdırılıb. Dördüncü fəsildə Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi Azərbaycan dilinin İrəvan dialekti, orada Azərbaycan məktəbləri və müəllimləri, folklor, ədəbi mühit, mətbuat, teatr, memarlıq və s. məsələlər öyrənilir. Beşinci fəsil İrəvan tarixinin erməni saxtalaşdırıcılarının tənqidinə həsr edilib. İrəvan şəhərində Azərbaycan mədəni və tarixi irsinin sonuncu yadigarı – Təpəbaşı məhəlləsinin tarixi, bu günü və mühafizəsi məsələləri isə nəşrin altıncı fəslində araşdırılıb.

Olduqca nəfis tərtibatla nəşr edilən kitabın üzərində Azərbaycan mədəni irsinin bir nümunəsi olan Göy məscid verilib. Bu da, İrəvanın müsəlman şəhəri olmasının bir göstəricisidir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər