Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.11.2022

Yeniyetmələr maarifləndirilir

Sabunçu RPİ Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşları narkomaniya ilə mübarizə məqsədilə rayon ərazisində gənclərlə görüşüblər.

İdarəninin İctimai Təhlükəsizlik Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis kapitanı Ata Atayev qəzetimizə bildirib ki, maarifləndirici aksiya çərçivəsində parklarda, məktəblərin ətrafında, həyətlərdə sakinlərlə, xüsusən, yeniyetmələrlə maarifləndirici söhbət aparılıb.

Narkotik maddələrin insan orqanizmində və cəmiyyətdə yaratdığı fəsadlardan bəhs edən həmkarlarımız gənclərə diqqətlərini sağlam həyata, təhsilə yönəltmələrinin vacibliyini vurğulayıb, hüquqazidd əməllərdən çəkinməyi tövsiyə ediblər. Yeniyetmələri maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirici aksiyanın gənclərin qorunmasında əhəmiyyətli rol oynadığını deyən bölmə rəisi rayon ərazisində aksiyanın genişləndirilərək davam etdiriləcəyini qeyd edib.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər