Logotype

1933-cü ildən çıxır

Xəbərlər

25.10.2022

Polis baş leytenantı çempion oldu

Bu günlərdə Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində “dairəvi stend (skeet) və səngər stend (trap)” atıcılığı növü üzrə Azərbaycan çempionatı keçirilib.

Yarışda ölkəmizin müxtəlif şəhər və bölgələrindən olan idmançılar iştirak ediblər.
Hədəfi dəqiq nişan almaq istəyənlərin mübarizəsində DİN İdman Cəmiyyətinin yetirmələri Nurlana Cəfərova, Ağazadə Mirmömin və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin analitik qrupun inspektoru, polis baş leytenantı Riqina Meftaxetdinova çempion adını qazanıblar.

Qaliblərə, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidentləri Tofiq Bəylərov və stend atıcılığı üzrə Olimpiya çempionu, DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova tərəfindən diplom və medallar təqdim edilib.

R.Vəliyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər