Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.10.2022

Uşaqlarla bağlı dialoq...

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransda polis əməkdaşları da iştirak edib.

Müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də qatıldığı tədbirin panel müzakirələrində Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova çıxış edərək uşaq hüquqlarının müdafiəsi, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların sığınacaqlara yerləşdirilməsi və hüquqpozmalara meyilli yetkinlik yaşına çatmayanların profilaktikası istiqamətində polisin həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Xətai RPİ-nin YYÇPİTB baş inspektoru, polis kapitanı Leyla Cəfərzadə də polislə qurumlar arasında birgə, koordinasiya edilmiş hərəkət planı ilə uşaq strategiyasında qarşıya qoyulan hədəflərə çatmağın mümkünlüyünü qeyd edərək, yerlərdə uşaqların sığınacaqlara yerləşdirilməsi zamanı üzləşdikləri çətinliklərdən danışıb.

Konfransda uşaqların müdafiəsinin daha səmərəli təşkili istiqamətində əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və mövzu çərçivəsində suallar cavablandırılıb.

Rəşad Mehtiyev,
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər