Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.10.2022

İdman uğur deməkdir Qaliblərin arasında polis də var

Oktyabrın 7-dən 9-dək pauerliftinq üzrə açıq Azərbaycan Kuboku uğrunda yarış keçirilib.
Çempionatda 100 kiloqram çəki dərəcələrində çıxış edən Quba RPŞ-nin Müvəqqəti əməkdaşı, polis serjantı Məhərrəm Qəhrəmanov (245 kiloqram) və Gəncə ŞBPİ-nin XTB-nin polis serjantı Röyal Rəsulov (235 kiloqram) deadlift (yerdən ağırlıq qaldırma) hərəkətində gümüş və bürünc medal qazanıblar.

Azərbaycan Kuboku uğrunda Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan YPX Alayının komandiri, deadlifting üzrə 3 qat dünya çempionu, polis polkovniki Raif Süleymanovun yetirməsi Ziyad Cabarov da gücünü sınayıb.

O, 47 yaşında 90 kiloqram çəki dərəcəsində ştanqla oturub-durma hərəkətində 230, uzanıqlı vəziyyətdə 167.5, yerdən qaldırma isə 300 kiloqram nəticə göstərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Qeyd edək ki, yollarda təhlükəsizliyin qorunması ilə yanaşı, məşqçilik fəaliyyəti ilə də məşğul olan və idmanın bu növündə uğur qazanmaq əzmiylə meydana çıxan gənclərin yetişməsində böyük əmək sərf edən polis polkovniki Raif Süleymanovun yetirməsi Z.Cabarov 7 dəfə respublika, 1 dəfə WPRF üzrə dünya çempionu olub.

V.Ruslan

Geriyə Çap et


Faydalı keçidlər
Linklər