Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.10.2022

Şəhid polisin xatirəsinə...

Masallı rayonunun Xıl kəndində Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan polis əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, abidə kompleksi həm Elşad Hüseynova, həm də digər şəhidlərimizə göstərilən böyük ehtiramın təcəssümüdür.
Çıxışlarda onun həyat və döyüş yolunun hər bir polis əməkdaşı, eləcə də Azərbaycan gənci üçün örnək olduğu bildirilib, xatirəsinin daim ehtiramla xatırlanacağı vurğulanıb. Tədbirin sonunda məktəblilər Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Qeyd edək ki, Masallı rayonunun Xıl kəndində doğulmuş həmkarımız 1981-ci ildə ordudan təxris olunduqdan sonra milis nəfəri kimi xidmətə başlayıb. Torpaqlarımıza erməni təcavüzü başlayanda o da mərd oğullarımız kimi silaha sarılaraq Vətənin müdafiəsinə qalxıb. İgid polisimiz 1992-ci ilin iyunun 15-də Fərrux kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Məhəmməd Rzayev,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər