Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.09.2022

“Bilik günü” və andiçmə mərasimi

Sentyabrın 15-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında "Bilik günü"nə və əvvəllər daxili işlər orqanlarında xidmət etməmiş I kurs kursantlarının "Polis Andı"nı qəbul etmələrinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni ifa edilib.
Akademiyanın rəisi, polis general-mayoru Canpolad Daanov yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini şəxsi heyətə çatdırıb.
Ötən dövr ərzində əldə olunmuş nailiyyətlərə toxunan Akademiya rəisi peşəkar polis kadr hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələrin bundan sonra da əzmlə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Kursantlar adından çıxış edən beşinci kursun əlaçı kursantı Süleyman Süleymanov ölkə və Daxili İşlər Nazirliyi rəhbərliyinin diqqət-qayğısı sayəsində maddi-texniki bazası günü-gündən təkmilləşən Polis Akademiyasında əldə etdikləri bilik və bacarıqların gələcəkdə polis zabiti kimi xalqa və dövlətə xidmət kimi müqəddəs bir vəzifənin ləyaqətlə yerinə yetirilməsinə zəmin yaratdığını qeyd edib.
Sonra polis general-mayoru C.Daanov ötən tədris ilini əla qiymətlərlə başa vurmuş 3 kursanta “Əlaçı kursant”, idmanda qazandıqları uğurlara görə isə 5 kursanta “İdmançı kursant” döş nişanı, eləcə də qəbul imtahanında 650-dən yüksək bal toplamış 4 kursanta qiymətli hədiyyələr təqdim edib.
I kurs kursantlarının "Polis Andı”nı qəbul etməsi ilə davam edən tədbir şəxsi heyətin “Polis Akademiyasının marşı” sədaları altında təntənəli keçidilə başa çatıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər