Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.07.2022

Film kimi xilaskarlıq

“Evin yanması bir tərəfə, içəridə olan azyaşlının köməksiz qalması bir ailənin faciəsi ola bilərdi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürür, polis isə yanğında köməksiz qalan azyaşlını xilas etmək üçün yuxarı mərtəbəyə qalxırdı. Getdikcə güclənən alovun içərisində bir körpənin harayı hər kəsi çaşqın salmışdı. Göz-gözü görməyən tüstünün içindən uşaq qucağında çıxanda biz yerimizdə donub qaldıq”...

Bunu iyulun 18-də Xətai rayonunda hündürmərtəbəli binanın 17-ci mərtəbəsində baş vermiş yanğının şahidi olanlar danışırlar. Sosial şəbəkələrdə gündəmə çevrilən videogörüntülər də hər kəs tərəfindən rəğbətlə, qürurla qarşılandı. Həyatını təhlükəyə ataraq azyaşlını xilas edən polis əməkdaşı günün qəhrəmanıydı. Hamı o hadisədən, o polisin qorxmazlığından danışdı.

“Polisin xilaskar olduğunu öz həyatını təhlükəyə ataraq bir daha sübut edən polis serjantı Akif Cərullayev çevikliyi, cəldliyi və qorxmazlığı ilə seçilən əməkdaşlardandır. O, dəfələrlə belə ekstremal vəziyyətlərlə üzləşib və xilaskarlıq missiyasını layiqincə yerinə yetirib”. Bu fikirləri də bizimlə ƏÇPA-nın 3-cü Patrul Bölüyünün komandiri, polis kapitanı Elvin Babayev bölüşdü.

Ruhiyyə Əliyeva,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər