Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.07.2022

Səngərdə olduğu kimi…

Etika Akademiyasının qazilər üçün "İkinci peşəm" layihəsi çərçivəsində daha 5 nəfər Vətən Müharibəsi qazisi- Elnur Ələkbərov, Orxan Batiyev, Şiraz Həsənov (DİN), Vüsal Həsənov( DİN) və Fərid Əlirzayev Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Böyük Britaniyanın Maliyyə Menecerləri Assosiasiyasının beynəlxalq sertifikatını əldə ediblər.

Bu barədə qəzetimizə məlumat verən Etika Akademiyasının rəhbəri Günel İbrahim bildirib ki, “Araz” supermarketlər şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində baş tutan layihədə qazilər 4 ay ərzində İnsan Resurslarının İdarə Olunması ilə yanaşı, “İşgüzar etiket”, “Sahibkarlığın inkişafı” təlimlərinə də qatılıblar. İştirakçılara "Araz” supermarketlər şəbəkəsinin İdarə heyətinin sədri Rəşad İbrahimov tərəfindən sertifikatlar təqdim edilib.

Görüşdə ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirən, əlil, qazi olan Vətən övladlarının dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunduğu, bu məsələyə iş adamlarının və bir çox qeyri-hökumət təşkilatlarının da dəstəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, qazilər həmçinin “Araz” supermarketlər şəbəkəsinin İR komandasında təcrübə proqramı keçəcəklər.
Yeri gəlmişkən, layihənin icra olunmasında həm də əsas məqsəd Vətən müharibəsi qazilərinin yeni həyata adaptasiyasına dəstək olmaq, onların yeni vərdişlərə sahib olmalarını stimullaşdırmaqdır.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər