Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.07.2022

Veteranlar hesabat verdi

DİN Veteranlar Şurası daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı cari ilin I yarımili ərzində gördüyü işlərə dair hesabat verib.
Şura işini DİN-in aidiyyəti əmr, göstəriş və digər normativ-hüquqi sənədləri əsasında quraraq bir sıra səmərəli tədbirlər həyata keçirib. Belə ki, ictimai təhlükəsizliyin təmin edilməsində, hüquq pozuntularının profilaktikasında, əməliyyat-axtarış tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, eləcə də əhali arasında hüquqi biliklərin təbliğində veteranların təcrübəsindən geniş və səmərəli istifadə olunub.

DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov qəzetimizə bildirib ki, 2022-ci ilin I yarımili ərzində veteranların köməyi ilə ümumilikdə 4802 cinayət işinin açılması təmin edilib. Narkomaniya ilə mübarizə çərçivəsində veteranlar respublika üzrə 1482 məktəbdə maarifləndirici görüşlər keçiriblər.
Daxili işlər orqanlarında qanunun aliliyinin təmin olunmasında, gənc əməkdaşların dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasında yaxından iştirak edən veteranların müxtəlif mükafatlarla təltif olunduğunu deyən Şura sədri bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirildiyini, eyni zamanda respublikanın kütləvi informasiya vasitələrində, radio, televiziya, xəbər saytlarında və qəzetlərdə geniş işıqlandırıldığını da diqqətə çatdırıb.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər