Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.06.2022

Balacaların böyük arzusu...

Tədris ilinin başa çatması ilə yay tətilinə yollanan hər bir məktəblinin həyatında daha bir dövr qapandı. Daha doğrusu, yenidən sinif otaqlarına gəlmək üçün ürəklərində böyük arzularla tətilə getdilər. Onların bəziləri öz arzularını əməkdaşımıza pıçıldayıb, deyiblər ki, böyüyüb polis olmaq istəyirlər.

“Polis” qəzetində dərc edilsin deyə, yığışıb məktəbin qarşısında bir şəkil də çəkdiriblər...
Bu foto Qaradağ rayonunda yerləşən 233 nömrəli məktəbin ibtidai sinif şagirdlərinin arzularının tablosudur, əslində.

Bəlkə ilk dəfə arzunun rəsmini elə bu fidanlar çəkiblər, biz də sevə-sevə dərc edirik. Baxın, qol budaq atacaq, kökləri Vətənin qəlbinə işləyəcək yeni nəsl ağacının pöhrələnməsinə, tumurcuq balalarımıza baxın. İçində həkimi, hakimi, müəllimi, polisi, idmançısı, ən əsası, vətəndaşı olacaq parlaq gələcəyin işartısını siz də görün.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər