Logotype

1933-cü ildən çıxır

Xəbərlər

14.06.2022

Hüquq və azadlıqların keşikçisiyik

Paytaxtın Nizami rayon Mərkəzi Kitabxanasında polis əməkdaşlarının iştirakı ilə 18 iyun -İnsan Hüquqları günü ilə bağlı tədbir keçirilib. Tədbirə “Uşaq Qaynar Xətt” xidmətinin nümayəndələri, kitabxananın işçiləri, Zəngilan rayon məktəbinin şagirdləri və müəllimləri qatılıb.

Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova çıxış edərək, dövlət tərəfindən insan hüquqlarının qorunması sahəsində ardıcıl həyata keçirilən tədbirlərdən, hüquq və azadlıqların təmin olunması istiqamətində daxili işlər orqanlarının fəaliyyətindən danışıb. Polisin ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən, zorakılıqdan qoruduğunu qeyd edən K.Ələkbərova insan hüquqlarının müdafiəsi sahəsində daxili işlər orqanlarının öz vəzifələrini layiqincə yerinə yetirdiyini, Azərbaycan Polisinin hüquq və azadlıqların əsl keşikçisi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən digər iştirakçılar son illər bu sahədə aparılan islahatlara diqqət çəkiblər.
Astara rayon Heydər Əliyev Mərkəzində də İnsan hüquqları aylığı çərçivəsində “Ulu öndər Heydər Əliyev və insan hüquqları” mövzusunda sərgi və dəyirmi masa təşkil olunub.

Rayonun ictimaiyyət nümayəndələrinin, təhsil və mədəniyyət işçilərinin, tələbə və məktəblilərin iştirak etdiyi tədbirdə Astara Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis kapitanı Ceyhun Abdulov ölkəmizdə insan hüquq və azadlıqları ilə bağlı tarixi məqamlara toxunub. O, bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 18-i respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur.

Daha sonra isə Om-budsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlərdən, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalardan danışıblar, bu sahədə qazanılan uğurlardan bəhs ediblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər