Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.05.2022

Polis polkovnikindən yeni kitab

İstefada olan polis polkovniki Rahib Qarayevin Quba şəhərində “Qanlı hekayətlər” adlı kitabının təqdimatı keçirilib. “Azərkitab”-ın dəstəyi ilə keçirilən tədbirdə filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Adil Cəmil, “Kultur.az” saytının baş redaktoru İradə Aytel, Quba bələdiyyəsinin sədri Humay Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimatın aparıcısı Adil Cəmil polisin cinayətkarlığa qarşı mübarizəsindən və bu mübarizəni bədii boyalarla qələmə alan istefada olan polis polkovnikinin növbəti kitabının əhəmiyyətindən danışıb.
Şair İradə Aytel də polisin gərgin, ağır xidməti fəaliyyətinin görünməyən tərəflərinə işıq tutan müəllifin bu çətin peşənin qapılarını geniş oxucu kütləsinin üzünə açdığını deyib.
Təqdimatda çıxış edən müəllif qeyd edib ki, o, bir zamanlar DİN-in mətbu orqanı olan “Mübariz keşikdə” qəzetində işıq üzü görən hekayətlərdən ibarət bu toplunu dövlətinə, xalqına və Prezidentinə sadiq olan Azərbaycan Polisinin şərəfli adına ünvanlayıb.

Qeyd edək ki, kitabda yer alan hekayətlərin hər birində zərərçəkmişlərin, hadisələrin baş verdiyi bəzi qəsəbə və kəndlərin adları şərti olaraq verilsə də, cinayətlərin “isti izlər”lə açılmasında və təqsirləndirilən şəxslərin operativ şəkildə tutulmasında iştirak etmiş polis əməkdaşlarının adları olduğu kimi, dəqiqliklə göstərilib.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab müəllifin sayca üçüncü kitabıdır. Bundan əvvəl onun “Xidməti vəzifəsini yerinə yetirərkən” və “Ötən ilin son gecəsi – 9 fevral” adlı kitabları işıq üzü görüb.

R.Mehtiyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər