Logotype

1933-cü ildən çıxır

Xəbərlər

24.05.2022

Olimpiya zirvəsinə doğru

Bu günlərdə qardaş Türkiyədə kikboksinqin K1 versiyası üzrə 7-ci dünya çempionatı keçirilib. Bu yarışda 40-a yaxın ölkənin üç min yüzdən çox idmançısı iştirak edib.
İdmançılarımız 13 qızıl, 9 gümüş, 27 bürünc qazanmaqla ümumi komanda hesabında 5-ci yeri tutublar.

Yığma komandanın heyətində qızıl medal qazanan idmançılarımızdan biri də Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayevin qızı Emili Rzayevadır.
E.Rzayeva 14-15 yaş qrupunda +60 kiloqram çəki dərəcəsində türkiyəli Təkən Hədiyyə, daha sonra isə Calıskan Elifə qalib gəlib. Finalda da meydan sahibi Gursoy Dilaranı texniki nokautla məğlub edərək Dünya çempionu adını qazanıb.

Qeyd edək ki, çempionatda uğur qazananlar avqust ayında Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına lisenziya əldə ediblər.
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyevin və Alay komandiri, polis polkovniki Raif Süleymanovun diqqət və qayğısı ilə əhatə olunan qızının növbəti dəfə qızıl medal qazanmasını çəkilən zəhmətin nəticəsi və böyük nailiyyət adlandıran Emil Rzayev onun gələcəkdə olimpiya zirvəsində olacağına inamını ifadə edib.

DİN İdman Cəmiyyətinin yetirməsi, idman ustası E.Rzayeva uşusanda budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələrarası və beynəlxalq turnirlərin mükafatçısı, kikboks K-1 versiyası üzrə Avropa 2-cisi, muay-tay üzrə isə Avropa çempionudur.
“Polis” qəzeti olaraq dünya çempionu Emili Rzayevaya yeni uğurlar və bayrağımızı hər zaman zirvələrə qaldırmağı arzulayırıq.

Ruslan Vəliyev,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər