Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.05.2022

Vətəndaş müraciətləri həssaslıqla qarşılanır

İşğaldan azad olunmuş torpaqlara getmək üçün vətəndaşlar DİN-ə müraciət edirlər. Onların mürəciətləri dinlənilir və lazımi köməklik göstərilir. Bu istiqamətdə regionlarda da müvafiq tədbirlər görülür.

Gəncə regional qrupumuzdan verilən məlumata görə, bugünlərdə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haxverdi Əkbərov şəhid Nəsirov Bəhram Əkbər oğlunun bacıları Mərcan Mirzəyeva və Maral Budaqovanı müraciətləri əsasında qəbul edib. Onların istəyi Kəlbəcərdə şəhid qardaşlarının məzarını ziyarət etmək olub.

Söhbət əsnasında RPŞ-nin rəisi, H.Əkbərov torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə diqqət və qayğı göstərilməsini ölkə başçısı tərəfindən dövlətin bütün qurumları qarşısında ən ümdə vəzifə kimi qoyulduğunu deyib.

Artıq qayıdış prosesinin başlanıldığını, amma bunun müvafiq prosedurlar çərçivəsində həyata keçirildiyini diqqətə çatdıran H.Əkbərov vətəndaşların işğaldan azad olunmuş ərazilərə getmələri, eləcə də öz yaxınlarının, doğmalarının qəbrini ziyarət etmələri üçün aidiyyəti qurumlardan icazə alındıqdan sonra mümkünlüyünü bildirib.

A.Nəcəfova,
E.Qasımov

Geriyə Çap et


Faydalı keçidlər
Linklər