Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.05.2022

Təqvim tarixə dönəndə...

İki il öncə yenidən yazdıq Vətən tarixini. İndi bütün dünyanın gözü önünə XXI əsrin möcüzəsi deyəndə Şuşanın ətrafını saran sıldırım qayalara Azərbaycan əsgərinin yalın əllə dırmanması gəlir.
Məğlub və boynu bükük Ermənistana “qorxma, biz səninləyik” deyənlərin, torpaqlarımızda daim qan tökülməsini, onun parça-parça bölünməsini istəyənlərin heyrəti başadüşüləndir.

“Necə oldu ki, Azərbaycan qalib gəldi?”,-deyənlərə bir cavabımız var: siz unutmuşdunuz ki, biz qan yaddaşımızı unutmamışıq. Siz unutmuşdunuz ki, hər ilin fevralında bizim Xocalı adlı yaramızdan qan sızır. Siz unutmuşdunuz ki, biz dünyanın heç bir yerində Şuşadan böyük zirvəyə çıxa bilmirdik. Dağ görəndə ürəyimiz dağlanırdı. Siz unutmuşdunuz ki, “mən niyə qaçqınam, mən niyə köçkünəm?” çadıra Vətən deyən balalarımıza canımızı dişimizə tutub millət dərsi keçdik. Siz unutdunuz ki, əsgəri Mübariz, generalı Polad Həşimov olan bir millətin Vətən sevdası, Qarabağ yanğısı heç vaxt sönməz...
Biz Şuşanın, Laçının işğal günlərini-1992-ci il mayın səkkizini və mayın on səkkizini təqvimlərdən bundan sonra da silməyəcəyik.
Doğma yurdların azadlığına qovuşduğu bu tarixlərlə-2020-ci ilin noyabrın 8-i və dekabrın 1-i ilə hər zaman qürur duyacağıq.

Hafiz Təmirov

Geriyə Çap et


Faydalı keçidlər
Linklər