Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.05.2022

Sözdə yox, əməldə xilaskarıq

Bugünlərdə paytaxtın Xətai rayonunda yerləşən “Sevgilim” parkının yaxınlığında təhkim olunmuş ərazidə gecə naryadlarının xidmətini yoxlayan RPİ Post-Patrul Xidməti Bölüyünün manqa komandiri, polis baş serjantı Fuad Quliyev gənc xanımın özünü dənizə atdığını görüb. O, dərhal naryadlara rəhbərliyə məruzə etməyi, eyni zamanda təcili tibbi yardım çağırmağı tapşırıb və suya atılıb. Xanımı boğulma təhlükəsindən qurtararaq ona ilk tibbi yardım göstərib. Həyatına son qoymaq istəyən şəxs özünə gəldikdən sonra onunla psixoloji söhbət aparılıb və o, xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının xilaskarlıq missiyasına şahidlik edən insanlar həmkarımızın bu fədakarlığını alqışlayıblar.

Teymur Əlizadə

Geriyə Çap et


Faydalı keçidlər
Linklər