Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.04.2022

"Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli" adlı silsilə təlimlər davam edir

Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli?” mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Pərvanə Muradova, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova və mərkəzin “Yol hərəkəti qaydaları” dərnəyinin üzvləri iştirak ediblər.

Qonaqlar məktəblilərə “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək”, “Diqqət uşaqlar!” mövzusunda təlim keçiblər. Təlimlər 4 və 5-ci sinif şagirdlərini əhatə edib.
Daha sonra şagirdlərdən ibarət üç komanda arasında yol hərəkəti qaydaları ilə bağlı yarış keçirilib, bütün komanda üzvlərinə sertifikatlar təqdim olunub.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər