Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.04.2022

Qəhrəmanlar unudulmur

Bugünlərdə Azərbaycanın Milli Qəhrəmanı, polis starşinası Qorxmaz Eyvazovun 55 illiyi doğulduğu Laçın rayonunun Güləbird kəndində qeyd olunub.
“Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə qəhrəmanın döyüş yoldaşları çıxış edib, onun şücaətindən söhbət açıblar. Q.Eyvazovun oğlu Sumqayıt ŞPİ-nin Xüsusi-Təyinatlı Bölüyün komandir müavini, polis kapitanı Asəm Eyvazov şanlı qələbəmizi bizə bəxş edənlərin, şəhidlərimizin həyat yolunun gənc nəslə örnək olduğunu vurğulayıb.

Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, eləcə də tədbirin ata yurdunda keçirilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirən şəhidin bacısı Qəşəng Məhəmmədova və tədbir iştirakçıları zəfər qazanmış bir dövlətin vətəndaşı olmaqdan qürur hissi duyduqlarını diqqətə çatdırıblar.
Qeyd edək ki, Q.Eyvazovdan başqa Birinci Qarabağ müharibəsində Eyvazovlar nəslindən 17 nəfər silaha sarılıb, Vətənin müdafiəsinə qalxıb.

Ruslan Vəliyev,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər