Logotype

1933-cü ildən çıxır

Xəbərlər

10.03.2022

Şəhid ailələrinə qayğı həmkarlarımız 8 Mart - Beynəlxalq Qadınlar Günü şəhid ailələrini ziyarət ediblər

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkib, qadın üzvlərini təbrik ediblər.

Görüşdə şəhidlərin əziz xatirəsinin daima qəlblərdə yaşayacağını, onların ailə üzvlərinin dövlətimizin diqqət və qayğısıyla əhatələndiyini vurğulayan əməkdaşlarımız hədiyyələri təqdim edib, onların problemləri ilə maraqlanıblar.

8 Mart - Beynəlxalq Qadınlar Günü Zaqatala rayonundakı şəhid ailələrinin üzvləri də diqqətdən kənarda qalmayıb. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalanların ailələrini ziyarət edib, hədiyyələri qadınlara təqdim ediblər.
Mərasim iştirakçıları şəhidlərin ömür yolundan, döyüş meydanında göstərdikləri şücaətin gənc nəsillər üçün örnək olduğundan danışıblar.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları da beynəlxalq qadınlar günündə şəhid ailəsini tək qoymayıblar. Həmkarlarımız Daxili Qoşunlarının hərbi qulluqçusunun anası - Reyhan ananı və nənəsi - Bənövşə nənəni təbrik ediblər.
Şəhid ailələri göstərilən qayğıya görə Azərbaycan Polisinə təşəkkürlərini bildiriblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər