Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.02.2022

Maariflənmək də mübarizədir Gəncləri zərərli vərdişlərdən qorumaq hər birimizin borcudur

Paytaxt və bölgələrdə polis əməkdaşları gəncləri zərərli vərdişlərdən, xüsusilə narkomaniyadan qorumaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirirlər.
Səbail Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 329 nömrəli tam orta məktəbdə “Ölümə gedən yol narkotikdən keçir!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə RPİ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovniki Mərdan Məmmədov çıxış edərək narkotik vasitələrin insanın həyat və sağlamlığı üçün yaratdığı təhlükələrdən bəhs edib. O, həmçinin cinayətlərin əksəriyyətinin narkomanlar tərəfindən törədilməsinə diqqət çəkib. Bildirib ki, bu gün ölkəmizdə hər bir gəncin özünü ifadə etməsi, faydalı vətəndaş kimi yetişməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.

Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Ağalıq kənd tam orta məktəbində keçirilən “Gəncliyimizi narkomaniyadan qoruyaq!” maarfiləndirmə tədbirində çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məhəmməd İbrahimov “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Qeyd edilib ki, narkomaniyanın yayılmasının qarşısının alınması məqsədi ilə cəmiyyətin hər bir üzvü hüquq mühafizə orqanları ilə birgə mübarizə aparmalıdır.
Tovuz rayon Düz Qırıqlı kənd tam orta məktəbində də anoloji maarifləndirmə tədbiri keçirilib. Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Habil Əmraslanov ölkəmizdə, o cümlədən yerlərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində aparılan genişmiqyaslı və qətiyyətli mübarizə tədbirlərinin nəticələri barədə məlumat verib.
Tədbirlərdə narkotiklərin törətdiyi fəsadlarla bağlı videoçarxlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, narkomaniya ilə mübarizə çərçivəsində anoloji tədbirlər şəhər-rayon polis şöbələrinin təşkilatçılığı ilə Biləsuvar, Oğuz və Göygöl rayonlarındakı məktəblərdə də keçirilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər