Logotype

1933-cü ildən çıxır

Xəbərlər

09.02.2022

Bir ailənin xilası...

Bugünlərdə Qala qəsəbəsində baş verən ailə faciəsinin qarşısı polisin peşəkarlığı sayəsində alınıb. “102” Xidməti-Zəng Mərkəzinə intihara cəhd barəsində məlumat daxil olan kimi Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə yollanıblar.
Polis əməkdaşları bağlı qapı arxasında, fiziki qüsurlu azyaşlı övladları ilə birlikdə üzərinə benzin töküb yandırmağa cəhd edən atanı psixoloji söhbətlər aparmaqla yola gətirməyə calışsalar da bu bir nəticə verməyib. Evdəki əşyaların yandığını və hər tərəfi tüstü bürüdüyünü gördükdə cəld tərpənib uşaqları evdən çıxaran həmkarlarımız özlərini odun-alovun içinə atıblar. Polis mayoru İman İmranov içkili vəziyyətdə olan Qabil Şıxıyevin əlindən yanacaq dolu şüşə qabı alaraq, özünü yandırmasına imkan verməyib...

Polis hadisənin səbəblərini araşdırıb və Şıxıyevlər ailəsini narahat edən problemlərin həlli istiqamətində əməli addım atılıb.
Şıxıyevlər Bölmənin təhqiqatçısı, polis mayoru İman İmranovu xilaskarları kimi qəbul edirlər. O, 1993-cü ildən daxili işlər orqanlarında, 2018-ci ildən isə tutduğu vəzifədə xidmət edir.

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər