Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.02.2022

Sağlam ailə sağlam cəmiyyət deməkdir

“Narkomaniya bir insanın həyatının sonu, bir ailənin isə məhvi deməkdir. Son zamanlar mütəxəssislərin onu “ailəvi qırğın” silahı adlandırması əbəs deyilmiş. Narkotiklə “dost”luq edəni ilk növbədə tərk etməyə onun ailəsi məcbur olur və beləcə çevrə daraldıqca o, özünü cəmiyyətdən təcrid edir. Daha sonra isə “ağrı”nı dindirmək üçün “lazım olan”ın axtarışları cinayətlə yekunlaşır.
Narkoman, obrazlı desək, xəyanətkardır. Əvvəlcə özünə, sonra ailəsinə, daha sonra isə cəmiyyətə xəyanət edir. Bu “xəyanət”in sonu isə ölümdür.

Abdinovlar ailəsinin də dayaqlarını bu bəla məhv etmişdi”...
Bu fikirləri redaksiyamıza ünvanlanan məktubun sorağı ilə Binəqədi RPİ 4-cü PŞ-də olarkən şöbə rəisi, polis mayoru Natiq Teymurov diqqətimizə çatdırdı.
Hadisənin təfərrüatı isə belədir: Narkotik aludəçisi olan Cəmşid Abdinov narkotik vasitə əldə etmək üçün evin qiymətli əşyalarını, yoldaşı Sevinc Abdinovaya məxsus qızıl-zinəti satmış, ailə üzvlərinin kabusuna çevrilmişdir.

Vəziyyətin dözülməz olduğunu görən S.Abdinova polisə müraciət etmişdir.
Polis əməkdaşları müraciət əsasında C.Abdinovu saxlamışlar. Şöbədə onun üzərinə baxış zamanı əynindəki cins şalvarın cibində 1 ədəd bükülüdə çəkisi 1,755 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan heroin aşkar edilmiş və o, RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər