Logotype

1933-cü ildən çıxır

Xəbərlər

27.01.2022

Jurnalımızın növbəti nömrəsi

Jurnalın ilk səhifələrində Vətən müharibəsindən sonra regionda dəyişən siyasi reallıqlar, Qarabağ və Şərqi Zəngəzura Prezident İlham Əliyevin səfərləri, onun rəhbərliyi altında aparılan yenidənqurma işləri, Şuşada keçirilən Zəfər Gününün siyasi-hərbi əhəmiyyəti barədə təhlillərə yer verilib. Eləcə də Daxili İşlər Nazirliyində baş tutan Kollegiya iclası, rəsmi qəbullarla bağlı xəbərlər, Polis Akademiyasının yubiley mərasimilə bağlı geniş material öz əksini tapıb.

Daxili Qoşunların Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının anım mərasimlərindən reportajlar, polis əməkdaşlarının döyüşən oğulları, həmkarlarımızın müxtəlif sahələrdə nailiyyətlər qazanmış övladları barədə məqalələr də oxucuların ixtiyarındadır.
Jurnalın “Tariximiz” və “Maraq dünyası” rubrikalarında isə müxtəlif mövzular işıqlandırılıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər