20.01.2022
Təmsilçimiz qızıl medal qazandı
Yanvarın 14-də Sloveniyanın Ruşe şəhərində atıcılıq üzrə keçirilən ISSF Qran-Pri turnirində dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya oyunlarının qalibləri qələbə uğrunda mübarizə aparıblar.
Yarışda ölkəmizin atıcılıq üzrə milli komandası da iştirak edib. Komandanın tərkibində mübarizə aparan DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, kapitan Ruslan Lunyov öz sərrastlığını bu dəfə də nümayiş etdirib. O, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışında ən yüksək xal toplayıb və turnirin qalibi olub.
İbrahim Əmiraslanlı,
polis baş serjantı