Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.12.2021

Təcrübəmizi bölüşürük Qətərli polislərlə təlimlər keçirilib

Dekabrın 6-dan 12-dək Qətər Dövlətinin polis əməkdaşlarından ibarət nümayəndə heyəti DİN-in Polis Akademiyasında rəsmi səfərdə olub.
Qonaqlara ilk olaraq Polis Akademiyasının maddi-texniki bazası barədə məlumat verilib.
Nümayəndə heyətilə “İğtişaşlar zamanı ictimai asayişin qorunması üçün polis tərəfindən fiziki qüvvədən, xüsusi hallarda odlu silahdan, həmçinin xüsusi vasitələrdən istifadə olunması” mövzusunda nəzəri və praktiki təlimlər keçirilib. İnteraktiv formatda baş tutan təlimlərdə sözügedən mövzu ilə bağlı müxtəlif təqdimatlar, videoçarxlar, habelə tədris materialları təqdim edilib və qarşılıqlı müzakirələr aparılıb.

Səfər çərçivəsində Qətərli asayişçilər DİN-in Əlahiddə Çevik Polis Alayının kütləvi iğtişaşlar zamanı, “Bakı Olimpiya Stadionu”nda “İdman tədbirləri zamanı ictimai asayişin və təhlükəsizliyin təmin olunması treninqi”, “Təhlükəsiz şəhər”, həmçinin “102 Xidməti-Zəng Mərkəzi” xidmətlərinin fəaliyyətləri ilə də tanış olublar.

Təlimi uğurla başa vuranlara sertifikatlar və hədiyyələr təqdim edilib.
Polis Akademiyası və DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsi rəhbərliyinin iştirak etdiyi tədbirdə çıxış edən Qətər Dövlətinin Azərbaycandakı Səfirliyinin 3-cü katibi Feysal Almulla yüksək təşkilatçılığa görə DİN rəhbərliyinə minnətdarlığını bildirərək bu növ təlimlərin gələcəkdə də ənənəvi şəkildə davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər