07.11.2021
“Zəfər Günü”nün ağacları
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları “Zəfər Günü” münasibətilə xüsusi ayrılmış ərazidə rayonun iqlim şəraitinə uyğun olan 100-dən artıq ağac əkiblər. Əkilən ağaclar suvarılıb və küləkdən qorunması üçün dirəklər basdırılıb.
Şöbədən “Polis”ə bildirilib ki, ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində RPŞ-nin şəxsi heyəti səylərini bundan sonra da davam etdirəcəkdir.
Məhəmməd Rzayev,
polis baş leytenantı